Rəsmi Tehran: “İran NPT-nin tərəfi olaraq qalır”

Dünya

23.11.2026 - 16:24

“İranın müqavilədə iştirakı ilə bağlı müzakirələr hələ də davam edir”

“İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin tərəfi olaraq qalır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Beqayi brifinqdə deyib.

Onun sözlərinə görə, Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxması ilə bağlı qərar XİN-ə çatdırılmayıb.

“Aydın cavab budur: xeyr, bu məsələ ilə bağlı hələlik heç bir qərar verilməyib. Amma təbii ki, mediada, ekspertlər və adi insanlar arasında aparılan müzakirələrdən xəbərdarıq", - deyə diplomat qeyd edib.

Beqayi əlavə edib ki, “İranın müqavilədə iştirakı ilə bağlı müzakirələr hələ də davam edir”.

XİN rəsmisi bu cür müzakirələrə son dərəcə hörmətlə yanaşdığını qeyd edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranın raketlərdən və pilotsuz uçuş aparatlarından istifadəni əhəmiyyətli dərəcədə artırdığı fikrini bildirmişdi. O, bu fəaliyyəti daxili siyasi səbəblərlə əlaqələndirməyə çalışaraq ölkənin zəifləməsinin qarşısını alacağına söz vermişdi. Tramp həmçinin Tehranın fəaliyyətini demokratların ABŞ-dakı aralıq seçkilərdəki qələbəsi ilə əlaqələndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş