Şuşalılar Şuşada

Xəbərlər

26.08.2021 - 12:13

Şuşa sakinlərinin doğma şəhərlərinə növbəti səfəri başlayıb

 

Şuşalıların işğaldan azad olunmuş dədə-baba yurdlarında növbəti səfəri başlayıb.

 

AYNA xəbər verir ki, səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcək, evlərinə baş çəkəcəklər.

 

Qeyd edək ki, Şuşa sakinlərinin doğma şəhərlərinə ilk səfəri avqustun 19-da təşkil olunub.

Müəllif: Ayna.az