Filialın açılışı bu ilin dekabr ayına nəzərdə tutulub
“Qarabağ proqramı ilə bağlı onu deyə bilərəm ki, Zəngilanın Ağalı kəndində ilk məskunlaşma həyata keçiriləcək. Orada xüsusi ağıllı DOST konsepsiyasının həyata keçirilməi nəzərdə tutulub”. AYNA xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib.
Onun sözlərinə görə, Prezidentin bu ili "Şuşa İli" elan etməsi ilə bağlı 2022-ci ilin dekabrında Şuşa DOST filialının açılışı nəzərdə tutulub.