Suriyada yeni hakimiyyətin 15 tərəfdarı öldürülüb

Dünya

15.12.2024 - 01:05

Həkimlər Klinikalar SEO Xidməti

Hücum Mzeira bölgəsində qeydə alınıb

Suriyanın yeni hakimiyyətinin tərəfdarlarından ibarət dəstə Latakiya şəhəri yaxınlığında pusquya düşüb.

AYNA xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Silahlı hücum nəticəsində azı 15 döyüşçü həlak olub.

Qeyd edək ki, Latakiya Dəməşqdən 320 km aralıda yerləşir.

Hücum Mzeira bölgəsində qeydə alınıb, hələlik heç bir qruplaşma əməliyyata görə məsuliyyəti üzərinə götürməyib.

Müəllif: Ayna.az