Yaralılar yerli tibb məntəqəsinə yerləşdirilib
Suriyanın qərbində avtobusun iştirakı ilə baş verən qəzada azı 6 nəfər ölüb, 38 nəfər yaralanıb.
AYNA xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Avtobus Homs-Həma yolunda aşıb, nəticədə 6 nəfər ölüb, 38 nəfər yaralanıb”, - məlumatda deyilir.
Qeyd olunub ki, yaralılar yerli tibb məntəqəsinə yerləşdirilib. Səlahiyyətlilər qəzanın səbəblərini araşdırır.