Süni tənəffüs cihazına qoşulan xəstələrin sayı məlum olub

Cəmiyyət

11.07.2020 - 00:35

Həkimlər Klinikalar SEO Xidməti

TƏBİB: 48 xəstə süni tənəffüs cihazına qoşulub

 

İyulun 10-da Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 576 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 552 311-ə çatıb.

 

Bu barədə AYNA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8 605-dir. Xəstələrdən 343 nəfəri reanimasiyadadır ki, onlardan da 48-i süni tənəffüs cihazına qoşulub.

 

Xatırladaq ki, iyulun 10-da Azərbaycanda koronavirus infeksiyasına daha 526 yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 22 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1 493 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş