Əsgər valideynlərinin üzünə qapılar açılıb

Cəmiyyət

09.11.2019 - 18:14

Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilib

 

Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun tabeliyində olan hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunub.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

Ayna.az


Ramanada faciə

Dünən, 17:26 Hadisə