Sumqayıtda qəza: İki avtobus toqquşub

Hadisə

08.05.2020 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

Qəzada xəsarət alan 14 nəfərdən 12-si evə buraxılıb

 

Bu gün səhər saatlarında Sumqayıt şəhərinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sülh prospektində qeydə alınıb. AYNA xəbər verir ki, ilkin məlumatlara görə, 3 nömrəli sərnişin avtobusu Sumqayıt-Ceyranbatan istiqamətinə hərəkət edən 9 nömrəli sərnişin avtobusu ilə toqquşub.

 

Hadisə nəticəsində 14 nəfər yaralanıb. Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.  

 

Qəzada xəsarət alan 14 nəfərdən 12-si evə buraxılıb. Yaralılardan ikisinin vəziyyəti nisbətən ağır olduğu üçün həkim nəzarətində qalıblar. Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş