Sumqayıt şəhəri istiqamətində qəzaya görə avtomobillərin hərəkətinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən tunelin giriş hissəsinə və Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Hazırda hərəkətin bərpa olunması üçün polis və FHN əməkdaşları zəruri tədbirlər görürlər.