missiya üzvləri ordu hissələri ilə Sudanın çevik reaksiya qüvvələri arasında toqquşma zamanı həlak olublar
Sudanda BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı öldürülüb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi Volker Pertes deyib.
Pertes qeyd edib ki, missiya üzvləri ordu hissələri ilə Sudanın çevik reaksiya qüvvələri arasında toqquşma zamanı ölüblər.
Bildirib ki, aprelin 15-də Sudanın Kabkabiya şəhərində şiddətli silahlı toqquşmalar baş verib. BMT-nin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar.