“Təyyarə boş əraziyə düşüb, ekipaj üzvlərinin hamısı həlak olub”
Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsi planlı təlim uçuşu zamanı Şimali Osetiya dağlarında qəzaya uğrayıb. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
“Təyyarə boş əraziyə düşüb, ekipaj üzvlərinin hamısı həlak olub”, - nazirlikdən qeyd edilib.
“Baza” “Telegram” kanalının məlumatına görə, qırıcı iyunun 11-də gecə yarısı Qornı Dzuarikau kəndi yaxınlığında qayaya çırpılıb. Bu kənd Vladiqafqazla Cənubi Osetiya arasında yerləşir.
“Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır. Rusiya Aerokosmik Qüvvələrinin (VKS) komissiyası təyyarənin qəzaya uğradığı yerə uçub”, Müdafiə Nazirliyindən əlavə edilib.