NATO-nun Baş katibi: "Biz birlikdə Ukraynanı lazım olan hər şeylə təmin edə bilərik"
Ukraynanın lazımi qədər silah-sursatı yoxdur. AYNA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, buna baxmayaraq, Ukrayna lazımi cəsarətə sahibdir.
“NATO üzvləri ciddi tarixi səhvə yol verməmək üçün Ukraynaya tez bir zamanda əlavə hərbi yardım göstərməlidirlər. Biz birlikdə Ukraynanı lazım olan hər şeylə təmin edə bilərik. Bunun üçün siyasi iradə nümayiş etdirməliyik", - Baş katib bildirib.
Onun sözlərinə görə, hərbi tədarükün gecikdirilməsi döyüş meydanında mənfi nəticələrə səbəb ola bilər: “Bu, kritik məqamdır. Rusiyanın üstünlüyü əldə etməsinə imkan vermək böyük tarixi səhv olar”.