Stoltenberq: “NATO və Finlandiya heç vaxt Rusiya üçün təhlükə olmayıb”

Dünya

06.04.2023 - 05:40

cedabet dərman SEO Xidməti

Baş katib: "NATO-ya daxil olmaqla Finlandiya daha təhlükəsiz olacaq"

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya lideri Vladimir Putinin Avropa İttifaqının Rusiya ilə geosiyasi qarşıdurmaya başlaması ilə bağlı sözlərini şərh edib.

AYNA xəbər verir ki, Baş katib nə Avropa İttifaqının, nə də NATO-nun Rusiya üçün təhlükə olmadığını vurğulayıb.

“Bu, nə Aİ, nə də NATO tərəfindən qarşıdurma deyil. NATO müdafiə ittifaqıdır, NATO və Finlandiya heç vaxt Rusiya üçün təhlükə olmayıb”.

Onun sözlərinə görə, NATO-ya daxil olmaqla Finlandiya daha təhlükəsiz olacaq və Alyans daha da güclənəcək. Stoltenberq bildirib ki, Rusiya alyansa kimin qoşulacağına qərar verməməlidir, bu, hər bir müstəqil ölkənin qərarıdır.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş