Stoltenberq: "Bu, NATO-nun ən böyük məğlubiyyətidir”

Dünya

09.11.2025 - 16:51

“Qoşunların Əfqanıstandan çıxarılması NA/TO-nun ən böyük məğlubiyyəti idi”

“NATO üzv ölkələrinin qoşunlarının Əfqanıstandan çıxarılması Alyansın ən böyük məğlubiyyəti idi”. AYNA.AZ xəbər verir ki, bu sözləri NATO-nun keçmiş baş katibi və Norveçin maliyyə naziri Yens Stoltenberq Britaniyanın "The Sunday Times" qəzetinə verdiyi müsahibədə deyib.

"Bu, NATO-nun ən böyük məğlubiyyətidir. Amma mən Əfqanıstandan çıxmağın ağrılı olsa da, düzgün qərar olduğuna inanmağa davam edirəm, çünki bir çox insan əziyyət çəkib", - deyə o vurğulayıb.

Stoltenberqin sözlərinə görə, Norveç hakimiyyəti azad və demokratik Əfqanıstan görmək istəyirdi: "Amma reallıq budur ki, biz NATO müttəfiqləri olaraq, bunun baş verməsi üçün bədəli ödəməyə hazır deyildik".

Keçmiş baş katib qeyd edib ki, son 20 ildə Norveç hakimiyyəti hərbi gücdən istifadə etməklə demokratik cəmiyyət qurmağın "çalışdıqları kimi" çox çətin və iddialı bir layihə olduğunu anlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş