Sözlə ifadə edilməyən hiss: “92 yaşlı atam uşaq kimi hönkürdü...”

Cəmiyyət

29.10.2020 - 23:19

Onlar artıq məcburi köçkün deyillər: İndi ulularımızın da ruhları azaddır

 

Sentyabrın 27-dən başlayan Vətən müharibəsi davam edir. İndiyədək 4 şəhər, 3 qəsəbə, 180-dən çox kənd düşmən işğalından azad edilib. Bu, o deməkdir ki, həmin yaşayış məntəqələrindən didərgin salınan vətəndaşlarımız artıq məcburi köçkün deyillər. AYNA artıq məcburi köçkün olmayan bəzi jurnalistlərlə həmsöhbət olub.

 

“LAF TV” internet televiziyasını təsisçisi, Əməkdar jurnalist Afət Telmanqızı Zəngilan rayonundandır. Keçirdiyi hissləri belə ifadə edir: “Ali Baş Komandanın xalqa müraciətini “LAF TV”-də canlı yayımlayırdıq. Gözləyirdim. Şad xəbər gözləyirdim. Prezident əvvəlcə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunan kəndlərinin adın çəkdi, ən sonda Zəngilanın 6 kəndi və şəhərin azad olunma xəbərini verəndə, studiyamıza gələn qonaqdan da çəkinmədən “Urraaaa” qışqırmağa başladım. Ardınca da sevinc gözyaşları… Bir neçə dəqiqə ağlayıb, sakitləşdìm. Sonra efirə girdim. Burda da hisslərimə hakim ola bilmədim. Amma xoş xəbəri çatdıra bildim. İlk gördüyüm işim anama zəng etməyim oldu. Anama gözaydınlığı verdim.

O yerlərə gedən zaman ilk ayaq basacağım yer atamın və doğmalarımın məzarı olacaq. Daha sonra evimizə gedəcəm, oranın havasını sinəmə çəkib, suyunu içəcəm. Bildiyiniz kimi, Zəngilan mədəni, tarixi abidələrlə zəngindir. Zəngilanın çinar meşələri çox məşhurdur. Bilmirəm, indi həmin meşələr olduğu kimi qalır, ya yox. Onu zaman göstərək. Bir jurnalist olaraq Zəngilanın zəngin mədəni abidələrini, çinar meşələrini lentə alacağam. Çəkəcəyim film Zəngilana aid olacaq. Arzum budur ki, yalnız Zəngilanı deyil, bütün torpaqlarımızı işğldan azad olunduqdan sonra qarış-qarış gəzək və gözəl bir sənədli film hazırlayaq”.

 

Bir vaxtlar AzTV-nin "Səhər" və "Xəbərlər" proqramının aparıcısı olmuş Esmira Çərkəzqızı da Zəngilandandır: “Deyirlər, duyğular anladılmır, yaşanır. Mən hazırda o anı yaşayıram və inanın, bitməsini heç istəmirəm. Çünki illərdir, həm də uzun illərdir bu xəbərlərə həsrət idik, illərdir içimizdə zəfər soraqlı xəbərləri hazırlayırdıq, amma onu dilimizə gətirməyə hünərimiz yetmirdi. Gücümüz vardı, lakin qollarımız bağlıydı. Bu gün şərəfimiz olan torpaqlarımızı halal sahiblərinə geri qaytaran müzəffər Azərbaycan Ordusuna sonsuz minnət borcumuz var.

Türkiyəyə ərə gedən Azərbaycanlı aparıcı:

Anam Cəbrayıldandır, son nəfəsinədək içində Cəbrayılın həsrətini yaşatdı, görmədən dünyadan köçdüi. Amma, çox şükür, atam Zəngilanın işğaldan azad edildiyi günün sevincini yaşadı. Savaş başlayandan hər gün həm yerli, həm də xarici mətbuatı mütəmadi izləyirdim, Türkiyə kanalları, xüsusilə bu mövzuda çox operativ və əhatəli proqramlar hazırlayır, saatbaşı təqdim edir. Qulağım hər an səsdəydi və gələn hər zəfər soraqlı xəbərləri Azərbaycan sevdalısı olan övladlarımla bərabər coşğu ilə qarşılayırdıq. Zəngilanın azad edilməsi xəbərini birbaşa Ali Baş Komandanın dilindən eşitdim və atamın doğulub böyüdüyü Zərnəli kəndinin adı gəlincə səssiz-səssiz ağladım, sadəcə ağladım. Ardınca görüntülü zəng etdim və 92 yaşlı ağsaqqalın uşaq kimi hönkür-hönkür ağladığını ilk dəfə gördüm.

 

İndi bir arzum var: Ən yaxın zamanda vətənimə gedərək, həsrət qaldığım o yurd yerlərinin havasını doyunca içimə çəkib “Halal olsun sənə, Azərbaycan Ordusu, məkanın cənnət olsun, şəhid qardaşım” demək. Üçrəngli bayrağımızın Qarabağın ən yüksək nöqtəsində dalğalanacağını görəcəyim gün də uzaqda deyil. Birinci Qarabağ savaşında efirdə torpaqlarımızın işğalı xəbərlərini səsləndirirkən yaşadığım utanc hissinin yerini, bu gün Azərbaycandan məsafələrcə uzaq, amma könüllərə yaxın Türkiyədə fəxarət və qürur hissi əvəz edib. Bundan gözəl nə ola bilər?!”

 

Əslən Zəngilandan olan jurnalist Ceyhun Musaoğlunun dediyinə görə, Zəngilanla bağlı Prezidentin tvitini səbrsizliklə gözləyirmiş: “Və Ali Baş Komandan oktyabrın 20-si saat 15:16-da “Zəngilan şəhəri işğaldan azad olundu” ifadəsini səsləndirəndə, keçirdiyim hissləri dilə gətirə bilmirəm. Həmin an telefonuma saysız zənglər gəlməyə başladı, nə təbrik edənlər hisslərini ifadə edə bilirdi, nə də mən... Rayonumuz gözümün önünə gəldi, oradakı dostlarım gözümdə canlandı. Mən cəmi 5 il Zəngilanda yaşamışam, 5 yaşım olarkən biz ailəmizlə birlikdə Bakıya köçmüşük. Amma 1990-cı illərə qədər hər il yay tətilini Zəngilanda keçirirdik. Atam zəngilanlı, anam bakılıdır. Xəbəri eşidəndən indiyənə qədər atam susqunluq içərisindədir. Hələ də xəbərin doğruluğuna inana bilmir. Xəbəri eşidəndə başını çiynimə qoyub, qıçqırırdı. Eynilə mən də. Bütün bunlar yurd həsrətinin nə qədər ağır olduğunu göstərən amillərdir.

MSK jurnalist Ceyhun Musaoğlu barədə qərarı ləğv etdi – Namizədliyi bərpa  olundu

Mən orada cəmi beş il yaşadığıma görə, Zəngilan şəhərinin yalnız mərkəzini tanıyıram. Mənim babam və nənəmin mərkəzdə, çay daşlarından tikilən bir evi olub. Yay tətilərində ən çox olduğum yer stadion və bir də çayda çimmək olub. Gizlin-gizlin gedib çayda çimərdik, nənəm, bibilərim biləndə bizi danlayardı. Həmin çaya getməyimiz, orda çimməyimiz bizdə dərin izlər buraxıb. Zəngilan adı gələndə gözümün önündən elə həmin çay axırdı sanki. Zəngilana gedəndə birinci elə həmin çayı görməyə yollanacam. Nənəm, babam, bibim Bakıda rəhmətə gediblər, əgər imkan olsa, onların qəbirlərini rayona köçürtdürərdim.

 

Ali Baş Komandana, Azərbaycan Ordusuna, əsgərlərinə, qazilərinə, Azərbaycan xalqına, jurnlaistlərinə, həkimlərinə, bütün Azərbaycan insanlarına dərin minnətdarlığmı bildirirəm. Onlar bizi bu qürursuzluqdan, nisgildən qurtardılar. Onlar öz canları, qanları ilə bu torpaqları bizə qaytardılar”.

 

Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev Qubadlıdandır: “Bu gün xalqımız möhtəşəm tarixin sevincini yaşayır. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalda olan dədə-baba torpaqlarımızın azad olunması istiqamətində şanlı qələbələr qazanır. Doğulduğum Qubadlı şəhəri də işğaldan azad edildi. Yaşadığım bu qürurverci anları sözlə ifadə etməyə çətinlik çəkirəm. Çünki ata-babamın yaşadığı, ulularımın uyuduğu torpaqda mən elə 9 yaşımda qalmışam. Doğma Qubadlımı kiçik yaşlarımda məcburən tərk edəndə uşaqlıq və gənclik arzularım, xəyallarım, elə bil o müqəddəs torpaqda qaldı... İnanın ki, bu günə kimi heç vaxt doğum günümdə bu qədər sevinməmişdim. Çünki Qubadlının azad olunduğu xəbərini doğum günümdə aldım. Mən bu münasibətlə öz həmvətənlərimə səslənərək deyirəm ki, gözünüz aydın, ay qubadlılılar, artıq məcburi köçkün damğasından da qurtulduq. İnşallah, tezliklə Qubadlıda görüşmək ümidilə.

Elməddin Quliyev: “Siyahıyaalma ilə bağlı hazırlıq işləri yekunlaşıb”

Son olaraq onu da qeyd etmək istəyirəm ki, bu gün “Torpaq - uğrunda ölən varsa, Vətəndir” şuarı altında hər kəs Vətən müharibəsində iştirak etməyi, lazım gələrsə, şəhid olmağı özünə şərəf hesab edir. Bizim gözlərimiz əbədi və əzəli Qarabağdadır, rəşadətli ordumuzun cəbhədəki yeni-yeni uğurlarını səbirsizliklə gözləyirik. Və mən əminəm ki, qısa zamanda Ali Baş Komandanımızdan Dağlıq Qarabağ və ətraf rayonlarımızın işğaldan azad olduğu haqqında müjdələr alacağıq, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunacaq. Yaşasın qüdrətli Azərbaycan! Qarabağ Azərbaycandır!”

 

“ARB 24” televiziyasının xəbər aparıcı Günel Mövsümova doğma Zəngilan torpağının xəbərini elə efirdəcə, gözyaşlarına boğularaq elan edib: “İşğaldan azad olunma xəbərini canlı efirdə xəbər apararkən, Ali Baş Komandan İlham Əliyevdən aldım. Sevinc, qürur, bəxtəvərlik hissindən daha dərin bir hiss... Sözlə ifadə edilməz bir çox hissin vəhdətidir. Atamla neçə gündür gözləyirdik. Hər gün evə gələndə məndən xəbər alırdı. Efirdən sonra atama zəng elədim, ağlayırdı. Anam efirdən mənə baxanda eşidib xəbəri, bacım deyir ki, sevincdən ağlayırdı.

Azerbaycanlı spiker Zengilan kentinin işgalden kurtarıldığı haberini alınca  gözyaşlarını tutamadı

Dost-tanış, qohumlar zəng edib bir-birimizi təbrik edirdik, gözaydınlığı verirdik. Təəssüfləndiyim sadəcə o idi ki, Vətən həsrəti ilə rəhmətə gedən qohumlarımız, baba-nənələrimiz bu günü görə bilmədilər. Öncə Zəngilan şəhərini, yaşadığım evi, məhəlləmi ziyarət edəcəyəm. Sonra uşaqlığımın, yay tətillərimin ən gözəl günlərinin keçdiyi babamın kəndini - Ağalını ziyarət edəcəm. Babamın evini, tut bağlarını, oradakı qohumlarımın yaşadığı evləri ziyarət edəcəyəm. İlk reportajlarım da oradan olacaq yəqin ki”.

 

ANS telekanalının aparıcısı, keçmiş parlament müxbiri olmuş Pərvanə Sabirqızı da eyni hissləri keçirir: “Atam Kəlbəcərdən, anam Qubadlıdan, nənələrim Laçın və Şuşadandırlar. Bir sözlə, hərtəfərli qarabağlıyam. Bizim keçmiş əməkdaşlarımızla bir qrupumuz var. İlk olaraq həmin qrupda video paylaşıldı. Həmin videoda əsgərlərimizin Qubadlını azad etməsi ilə bağlı görüntüləri var idi. İlk olaraq bu xəbərə tərəddüdlə yanaşdıq. Ürəyim birdən-birə əsdi. Amma düşündüm ki, birdən gerçək məlumat olmaz. Bilirsiniz ki, məlumatı dəqiqləşdirmədən, yaymaq olmaz, həm də Ali Baş Komandanın rəsmi məlumatını gözləyirdik. Bu zaman bir yoldaşımız Qubadlı ilə bağlı Prezidentin tvitini paylaşdı. Bilməyərəkdən telefonu əlimdən buraxdım, ürəyim elə çırpındı ki... Üzümü qibləyə tərəf çevirib, dizimi yerə atdım, Rəbbimə şükürlər etdim.

Jurnalist qanı batırılan qardaşına görə ölkə rəhbərliyinə üz tutdu - VİDEO  - Günün Səsi

Bütün bunlara görə, ilk olaraq şəhdilərimizə, əsgərlərimizə borcluyuq. Biz isti yerdə oturmuşuq, oralar dağlıq ərazilərdir, çox yaxşı bilirəm ki, orda havalar necə soyuq olur. Və cənab Prezidentimiz son bir ayda balacadan tutmuş böyüyə qədər hər kəs tərəfindən sevilir. Allah ona can sağlığı versin, bütün xarici və daxildən olan təzyiqlərə baxmayaraq, öz sözünün üstündə durur, torpaqlarımızın alınmasında Ali Baş Komadan olaraq qərarlarını verir və onu da qeyd edirəm ki, biz onun arxasındayıq.

 

Xəbəri alanda oğlumla bir-birimizə sarılıb ağlaşdıq. Hər tərəfdən o qədər mesajlar gəldi ki, heç birinə cavab verməyə vaxt tapa bilmirdim. Sosial şəbəkədə “Anamın ruhu şad olsun” başlıqlı yazı ilə ürək sözlərimi paylaşdım. Ermənilər o qədər vəhşidirlər ki, inanmıram, bizim qəbristanlıqlardan orda əsər-əlamət qalmış ola. Mənim babam və dayım Qubadıda dəfn olunublar. Bu saat onların ruhu da azaddır. Ən birinci onların qəbrini ziyarət etmək istərdim. Anamın yurdu olan Qubadlıda evimiz vardı. İnanın ki, orda qalanan samovarın tüstüsünün iyi hələ də burnumdadır. Kəndimizin bir başqa qoxusu var. Anamın uşaqlıqda böyüdüyü - babamın evinə getmək istərdim”.

Müəllif: Ülviyyə Şahin