Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakının Nərimanov rayonunda oğurluq edən şəxslər saxlanılıblar. Bu barədə AYNA-ya DİN-dən bildirilib.
Nərimanov rayonunda yerləşən marketlərin birindən oğurluq olub. Rayonun Mayakovski küçəsindəki marketdən 1626 manatlıq məhsul talanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı qadın və 26 yaşlı Y.Məmmədov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.