Konstitusiya Məhkəməsinə 4 yeni hakim təyin olunub

Xəbərlər

04.07.2025 - 16:14

cedabet dərman SEO Xidməti

Layihə Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

AYNA.AZ xəbər verir ki, layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyevin Konstitusiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş