Zelenski və Tramp arasında telefon danışığı olub

Xəbərlər

04.07.2025 - 21:59

cedabet dərman SEO Xidməti

“Çox vacib və məzmunlu bir söhbət olub"

İyulun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp telefon danışığı aparıblar. Bu təşəbbüs ABŞ-ın Ukraynaya bəzi əsas hərbi yardım növlərinin tədarükündə yaranmış fasilə fonunda baş tutub.

AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

“Çox vacib və məzmunlu bir söhbət olub. Bu barədə ətraflı məlumat tezliklə veriləcək”, – deyə Yermak qeyd edib.

“Axios” nəşrinin müxbiri Barak Ravid adı açıqlanmayan mənbəyə istinadən bildirib ki, Tramp və Zelenski arasında telefon danışığı təxminən 40 dəqiqə davam edib.

Jurnalistin həmsöhbəti qeyd edib ki, söhbət yaxşı keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş