“İnsanlar döyüş tapşırıqlarını yerinə yetirmək üçün yüksək motivasiya ilə gəlirlər”
“Son bir ayda Rusiya ordusuna 38 min könüllü cəlb edilib”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Bu müddət ərzində, yəni ki, son bir ayda biz orduya 38 min könüllü cəlb etmişik. İnsanlar döyüş tapşırıqlarını yerinə yetirmək üçün yüksək motivasiya ilə gəlirlər”, - Şoyqu bildirib.
Bundan əvvəl Şoyqu Cənub Hərbi Dairəsinin poliqonlarına səfəri zamanı müqaviləli əsgərlərin və könüllülərin təlimində iştirak edən Rusiya Silahlı Qüvvələrinin Tibb Xidmətinin qadın hərbçilərini mükafatlandırıb.