"Sonu və kənarı yoxdur" - Rusiyada nəhəng "Vaqner" məzarlığı tapılıb – VİDEO

Dünya

27.03.2023 - 12:33

Qəbirlərin sayı günü-gündən artır, yeni qəbirlər qazılıb

Rusiya Federasiyasının Krasnodar diyarında “Vaqner” özəl hərbi şirkətinin muzdluları üçün yeni irimiqyaslı məzarlıq salınıb. Bildirilir ki, bir neçə gün ərzində məzarlıqdakı qəbirlərin sayı onlarla artıb. AYNA xəbər verir ki, bu barədə sosial şəbəkələrin Rusiya seqmentində məlumat paylaşılıb.

Qeyd olunub ki, martın 16-da bu qəbiristanlıqda 70-ə yaxın “Vaqner” əsgərinin məzarı var idisə, indi onların sayı 84-dür və qazılan məzarların sayını nəzərə alsaq, bu rəqəm artacaq.

"Çox böyük qəbiristanlıqdır, hamısı təzə qəbirlərdir. Məzarlığın sonu və kənarı yoxdur. Əksəri gəncdir, amma hər yaşda adam var... Krasnodar diyarında, Qoryaçiy Klyuçda çox böyük qəbiristanlıqdır...”, - deyə qəbiristanlığın videosunu şəkən qadın deyir.

Qeyd edək ki, "Vaqner” əsgərləri son aylar əsasən Donetsk vilayətinin Baxmut rayonu yaxınlığında döyüşürlər. “Vaqner”lərin Baxmutda böyük itki verdikləri barədə məlumatlar var.

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski “Vaqner” muzdlularının ciddi şəkildə tükəndiyini bildirib.

Müəllif: Ayna.az