Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib

Cəmiyyət

15.02.2021 - 18:48

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

 

Azərbaycanda bu gün koronavirus infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 232 197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 760 nəfər müalicə olunaraq sağalıb, 3 183 nəfər vəfat edib. Hazırda 2 254 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4160, bu günə qədər isə ümumilikdə 2 506 005 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş