"Albert Aqarunov Qasım Süleymanidən çox-çox dəyərlidir"

Cəmiyyət

04.01.2020 - 11:16

Bunu Qasım Süleymanini bizə, az qala milli qəhrəman kimi sırımaq istəyənlərə cavab olaraq yazdım

 

Qasim Süleymani nəyinki türk deyil, yumşaq desək, türk düşmənidir. O, İranın molla rejiminə can-başla xidmət etmiş birisidir. İslam adı altında (əslində şiəlik ) farslara xidmət edib, onların maraqlarını qoruyub. Azərbaycana düşmən münasibətdə olub. Erməniləri özünə qardaş bilib. Dəfələrlə səsləndirdiyi bəyanatlarda öz mövqeyini birmənalı şəkildə ortaya qoyub. Yalnız milli kimliyindən xəbərsiz olanlar bütün bunları görməzdən gələ bilər...

 

Hə, İranın Ali dini lideri Əli Xameneyi türkdür. Qərb mətbuatında bu barədə dəfələrlə oxumuşam. Ancaq mən onu türk saymıram. O da farsların qulluğunda olan birisidir. Onun üçün şiə olan bir zənci sünni olan bir türkdən (Azərbaycani türkündən) üstündür. Onda türk düşüncəsi olsaydı ermənilər Qarabağdan çoxdan cəhənnəm olub getmişdi. Əksinə, o, hesab edir ki, Azərbaycanın başı Qarabağa nə qədər qarışsa İran üçün bir o qədər yaxşıdır...

 

Türkiyə sünni dövlətidir. Amma Azərbaycanın yanındadır. Eləcə də digər türk dövlətlərində çoxluq sünnilərdən ibarətdir. Onlar da türk olduğumuza görə imkanları daxilində Azərbaycana dəstək verirlər. İran isə rəsmən şiə dövlətidir. Özünü bütün dünyada şiələrin hamisi kimi təqdim edir. Növbə şiə Azərbaycana çatanda isə ermənilərin yanında yer alır...

 

Həqiqət belədir. Bunu Qasım Süleymanini bizə, az qala milli qəhrəman kimi sırımaq istəyən iranpərəstlərə cavab olaraq yazdım. Mənim üçün yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov Qasım Süleymanidən çox-çox dəyərlidir. O, Azərbaycan üçün ölümə gedib. Qasım Süleymani Azərbaycan üçün nə edib?...

 

Elbəyi Həsənli

Müəllif: Ayna.az