Son 10 ilin paradoksu haqda: “Həqiqəti gizlədirlər”

Cəmiyyət

02.02.2020 - 21:00

Nemət Əliyev: “Fakt odur ki, əhalisinin həyat səviyyəsi aşağı düşüb”

 

10 il ərzində (2008-2018-ci illər) əhalinin sayı 13% artıb - 1.1 milyon nəfərdən söhbət gedir. Amma rəsmi statistikaya baxanda məlum olur ki, həmin müddətdə vətəndaşların məişətdə təbii qazdan istifadəsi 1% (30 mln. kubmetr) azalıb. Eyni vəziyyət elektrik enerjisində də müşahidə edilib. 2008-2018-ci illərdə ev təsərrüfatlarının istehlak etdiyi elektrik enerjisinin həcmi, təxminən 10% və 700 mln. kvt-saat azalıb. Nəticədə həmin dövrdə sırf məişətdə istifadə baxımından qaz istehlakının adambaşına illik istehlakı 351 kubdan 308 kuba, elektrik istehlakı isə 847 kvt-saatdan 677 kvt-saata enib. Hər nəfər hesabı ilə götürdükdə istehlakda daha kəskin azalma var - qazda 12%, elektrikdə 20%.

 

Xəbər verdiyimiz kimi, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev məlumat paylaşmışdı. O bildirmişdi ki, əhalinin 13% artdığı bir dövrdə, üstəgəl rəsmi məlumatlara görə ölkədə qazlaşdırmanın 55-60%-dən 90%-ə qədər yüksəldyi bir zaman intervalından söhbət gedir: “Məsələn, qaz istehlakı artıb, elektrikdə azalma olsaydı, bunu əhalinin mənzillərin qızdırılması, isti su tələbatı üçün elektrik enerisindən imtinası ilə əlaqələndirmək olardı.

 

“Daha bir arqument bu ola bilər ki, mərkəzləşdirilmiş qazanxanalar vasitəsilə mənzillərdə istilik enerjisinin istehlakı artır. Bu, gerçəkdir - 10 ildə bu mənbədən alınan enerjinin həcmi 4 dəfə artıb”, - deyə Ağayev bəzi səbəblərdən bu mənbənin ciddi təsirini də istisna edir.

 

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Nemət Əliyev deyib ki, əgər 2008-2018-ci illərdə Azərbaycan əhalisi həqiqətən artıbsa, onda adambaşına elektrik enerjisi və təbii qaz istehlakı mütənasib şəkildə artmalıdır: “Çünki bu, ölkədə ümumi həyat səviyyəsinin pisləşməsi ilə əlaqəli proseslərin qarşısını almaq üçün vacib şərtdir. Tam şəkildə anlaşılması üçün, əvvəlcə son illərdə adambaşına düşən ümumi enerji istehlakı səviyyəsinin dəyişməs

Müəllif: Tanya Samsonova