İki əsr əvvələ həsəd və ya səhəri dirigözlü açmaq – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

14.08.2019 - 10:08

Elə ki, qatar hərəkətə başlayır, özünü Rusiyanın kriminal filmlərində “zon”a “yatap” edilən “zek” kimi hiss edirsən

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Rusiyanın iki problemi var – ağıldankəmlər və yollar. Bu məşhur ifadənin, adətən ya Qoqola, ya Saltıkov-Şedrinə, ya da Karamzinə aid olduğunu iddia edirlər. Amma dillərdə əzəbər olmuş bu sözlərin dəqiq müəllifi bilinmir. Bu fraza apokrifik fraza hesab edilir.

 

Çar Rusiyası dövrünə aid edilən bu frazanı Azərbaycana da proyeksiya etmək olar. Düzdür, müəyyən dəyişikliklərlə. Bizdə artıq bərbad yollar anlayışı yoxdur - illər keçdikcə ölkədə adamın şəkli düşən asfalt örtüklərin sayı artır.

 

Nə olsun ki, ömrü uzun olmur, nə olsun ki, asfaltı vuran zaman tərkibindən müəyyən maddələr ya yox olur, ya da az qatılır? Nə olsun ki, asfaltın qalınlığı belə, verilən hesabatlarda göstəriləndən aşağı olur?  Əsas odur ki, Bakı-Quba yolundakı kimi, bir müddət də olsa, sürücülər bu yolu əziyyətsiz gedirlər. Növbəti təmirə qədər.

 

Amma bu günkü mövzumuz tam olaraq yol da deyil. Əslində yoldur, amma söhbət dəmir yollarındakı problemlərdən gedəcək.

 

Son illər Azərbaycanda bir çox sahələrdə olduğu kimi dəmir yollarının inkişafına milyonlarla vəsait ayrılıb. Bunu təkcə telekanallarda hay-həşirlə reklam etdirilən Bakı-Sumqayıt və ya Bakı-Gəncə istiqamətində işləyən “Stadler” qatarlarından hiss etmək olmur. Ölkənin istənilən istiqamətinə qatarla gedəndə yolboyu təmir olunmuş stansiyaları, təmizlənmiş perronları görürsən.

 

Elə Bakı Dəmiryol Vağzalı da əvvəlki halından qat-qat uzaqdır: ətrafda təmizlik, yeni monitorlar, sivil üsulla, növbələrdə bir-birini tapdalamadan kassalardan bilet almaq imkanı və s. Bütün bunlar onu sübut edir ki, ayrılan milyonların bir hissəsi real işə xərclənib. Amma bütün bu zahiri gözəlliyin arxasınca düşməklə bir şeyi unudublar dəmir yoluna məsul məmurlar – insan rahatlığını. Yəni bütün bunlar sərnişin rahatlığı üçün edilmirmi?

Yoldaş Mircəfər


Ramanada faciə

Dünən, 17:26 Hadisə