Partlayış keçmiş qənnadı fabrikinin ərazisindəki bazada baş verib
Noyabrın 5-də Somalinin paytaxtı Moqadişonun cənubunda hərbi bazada törədilən partlayış nəticəsində azı 15 nəfər həlak olub.
AYNA xəbər verir ki, bu barədə yerli “Garowe” portalı məlumat yayıb.
Portalın "Twitter"də yaydığı məlumata görə, partlayış keçmiş qənnadı fabrikinin ərazisində yerləşən bazada baş verib.
Hadisənin intihar hücumu sonucunda törədildiyi vurğulanıb.