Slovakiya Ukraynaya MiQ-29 qırıcılarını verəcək

Dünya

15.03.2023 - 07:34

cedabet dərman SEO Xidməti

Ukraynaya hərbi yardımların göndərilməsi davam edir

Slovakiya MiQ-29 qırıcılarını Ukraynaya verəcək. AYNA xəbər verir ki, bu barədə baş naziri Eduard Heqer SME qəzetinə müsahibəsində bildirib.

"Düşünürəm ki, hökumət bu istifadə olunmamış avadanlığı göndərmək üçün lazımi səlahiyyətlərə malikdir. Beləliklə, hökumət qərar verəcək və biz MiQ-ları Ukraynaya göndərəcəyik" dedi Heger SME qəzetinə müsahibəsində.

O qeyd edib ki, müxalifətin qırıcıların yerləşdiyi aviabazanı öyrənmək niyyətinə etiraz etmir.

Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski bildirmişdi ki, Varşava öz MiQ-29 qırıcılarını yaxın 4-6 həftə ərzində Ukraynaya təhvil verməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş