Siyəzəndə çətənə kolları aşkarlanıb

Xəbərlər

16.08.2024 - 12:23

Məhkəmənin qərarı ilə rayon sakini barəsində həbs qətimkan tədbiri seçilib

Siyəzəndə əməliyyat yolu ilə 41 ədəd çətənə kolu aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Qeyd olunub ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Mizəfər Ramazanovun kultivasiya yolu ilə yetişdirdiyi, çəkisi 81 kiloqram olan 41 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlayıblar.

Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş