“Deyib ki, İlkin susmasa əvvəlki yenə təkrarlanacaq"
Siyasi fəal İlkin Rüstəmzadənin həyat yoldaşı Əminə Rüstəmzadı intihara cəhd edib. AYNA xəbər verir ki, bu barədə İlkin Rüstəmzadənin özü məlumat verib.
Siyasi fəal “Facebook” profilində qeyd edib ki, xanımı çoxlu yuxu dərmanı atıb. “Semaşko”ya gətirmişəm. Hazırda reanimasiyadadır”.
İ.Rüstəmzadə bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) əvvəl Ə.Rüstəmzadəyə “Facebook”da yazıb təhdid edən nümayəndəsi, 3 gün gün əvvəl yenə xəbərdarlıq edibmiş: “Deyib ki, İlkin susmasa əvvəlki yenə təkrarlanacaq".