Bakı Mətbuat Klubundan açıqlama

Xəbərlər

27.11.2019 - 16:57

“Heç bir xeyriyyə kampaniyası aparmır və heç bir adla vəsait toplamırıq”

 

 

Son günlərdə “Pressclub.az” adlı “Facebook” səhifəsinin xeyriyyəçilik adı ilə pul topladığı və mənimsədiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır. Müzakirələrdən həmin səhifənin Bakı Mətbuat Klubuna (Press Klub) məxsus Pressklub.az saytı və “Pressklub” (https://www.facebook.com/BakuPressKlub/) səhifəsi ilə bəzən qarışıq salındığı görünür.

 

Mətbuat Klubunun (Press Klubun) təsisçiləri bildirirlər ki, bu səhifənin onlara heç bir aidiyyəti yoxdur və anlaşılmazlığa səbəb adlarda yaranmış oxşarlıqdır. Bakı Mətbuat Klubu heç bir xeyriyyə kampaniyası aparmayıb, aparmır və heç bir adla vəsait toplamır.

Müəllif: Ayna.az