Problem İran sərhədçiləri tərəfindən yaradılıb
İrandan Azərbaycana gələn vətəndaşlarımız problemlərlə üzləşiblər. AYNA xəbər verir ki, bu barədə olay şahidləri məlumat veriblər.
Məlumata görə, Astara-İran keçid məntəqəsində səhər saatlarından sərhəd bağlanıb.
Qeyd olunub ki, problem İran sərhədçiləri tərəfindən yaradılıb. Bildirilib ki, sistem işləmədiyi üçün sənədlərin yoxlanışı dayandırılıb.
O da bildirilir ki, Azərbaycandan da İrana keçmək mümkün deyil. (Baku.ws)