Şirvan sakini sirkə turşusundan zəhərlənib

Hadisə

05.07.2021 - 03:36

Həkimlər Klinikalar SEO Xidməti

36 yaşlı qadın ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib

 

Şirvanda 36 yaşlı qadın sirkə turşusu içərək zəhərlənib. AYNA-nın APA-ya istinadən məlumatına görə, Şirvan sakini, 1985-ci il təvəllüdlü Mürsəlova Gülnaz Fikrət qızı 70%-li sirkə turşusu içərək intihara cəhd edib.

 

36 yaşlı qadın ağır vəziyyətdə qida borusunun və mədənin kəskin kimyəvi yanığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş