Bakıda sahibsiz itlər insanlara hücum edib - <font color=red> VİDEO</font>

Hadisə

28.09.2019 - 19:52

Paytaxt küçələrində sahibsiz itlər sakinlər üçün narahatlıq yaradıb

 

Bu gün günorta saatlarında Bakının mərkəzində bir dəstə sahibsiz küçə iti peyda olub. AYNA xəbər verir ki, heyvanlara şəhərin Cəfər Cabbarlı küçəsində, Caspian Plaza ilə üzbəüz nəqliyyat vasitələrinin hərəkət etdiyi yolda rast gəlinib.

 

Belə ki, sahibsiz heyvanlar ərazidə nəqliyyat vasitələrinə və ətrafdakı insanlara hücum etməyə başlayıb. İnsanların müdaxiləsindən sonra heyvanlar ərazidən uzaqlaşıb.

 

Qeyd edə ki, bundan əvvəl də şəhərin bir neçə ərazisində sahibsiz küçə itləri insanlara hücum edərək xəsarət yetirmişdi.

Müəllif: Mərahim Nəsib