Şimali Koreya dənizə bir neçə ballistik raket atıb

Dünya

22.10.2025 - 11:24

Qısa mənzilli ballistik raketlər şimal-şərq istiqamətində uçub

Şimali Koreya Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusunun Birləşmiş Qərargah Rəislərinə istinadən yazıb.

Mövcud məlumatlara görə, buraxılış yerli vaxtla təxminən səhər saat 8:10-da (Bakı vaxtı ilə 3:10) Şimali Hvanqhae əyalətinin şimal hissəsində yerləşən Junqva qraflığından həyata keçirilib. Qısa mənzilli ballistik raketlər şimal-şərq istiqamətində uçub.

Buna cavab olaraq Cənubi Koreya hərbçiləri raketlərin monitorinqini gücləndirib və ABŞ və Yaponiya ilə əməliyyat məlumatlarını mübadilə edərək daim hazır vəziyyətdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş