“Şimali Azərbaycan Respublikası” və “əsas qələbə deyil, iştirakdır”...

Siyasət

26.12.2023 - 10:14

“Çox qatmaqarışıq bir şey fikirləşmisiniz, buna görə sizi lağa qoyacaqlar”

Məlum olduğu kimi, cari ilin dekabr ayının əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Baxmayaraq ki, hazırkı dövlət başçısının səlahiyyət müddətinin sonuna qədər hələ bir il qalırdı.

Çoxları üçün bu qərar tam bir sürpriz oldu. Bu münasibətlə proqnozlarında ekspert ictimaiyyətinin rəyi haçalandı.

Bəzi politoloqlar bu addımı Rusiya və ABŞ ilə "saatları eyniləşdirmək", Rusiya və ABŞ seçkilərinin də gələn il keçiriləcəyi üçün bu addımın atılması versiyasını nəzərdən keçirdilər.

Azərbaycan müxalifətinin mövqeyinə görə, "dürüst siyasi mübarizə üçün şərait olmadığı vəziyyətdə" verilən qərar İlham Əliyevin hakmiyyət ümddətini uzatmaq məqsədi daşıyır. Hələlik bir qədər mübahisəli olan müxalifətin bu ittihamını bir kənara qoyaq və hər şeyi öz adı ilə çağırmağa çalışaq.

Prezident seçkilərinə gedərkən hazırkı dövlət başçısı İlham Əliyevə müxalifətdən olan rəqib namizdələrin “baqajına” nəzər salaq. Ədalət naminə əks düşərgədən olan namizədlərin demək olar ki, hamısının potensialının orta səviyyədən aşağı olduğunu qeyd etmək lazımdır.

Beləliklə, 2024-cü ilin fevral ayında Prezident kürsüsü uğrunda hazırkı Prezident İlham Əliyev, deputatlar Zahid Oruc, Fuad Əliyev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev də daha bir neçə şəxs yarışacaq.

İstənilən vəziyyətdə, qarşıdakı seçkilərdə İlham Əliyevin əlində “tuz kozır” var. Və bu "tuz" Azərbaycan xalqının ən vacib probleminin - Qarabağ probleminin həllidir.

Dövlət başçısınən şəninə təriflər oxumaq niyyətində deyiləm (və mənsiz də çoxlu tərif oxuyan var), ancaq vicdanın əleyhinə gedə bilməzsən. İlham Əliyevin sayəsində azərbaycanlıların çiyinlərini əzən, otuz yaşlı Qarabağ yükü atıldı. Və, bu, nə düşmənlərin, nə də dostların inkar edə biləcəyi bir həqiqətdir.

Lakin Qarabağ probleminin həlli yalnız yolun başlanğıcıdır. Erməni işğalçılarından azad edilmiş, təmizlənmiş Azərbaycan torpaqları bərpa edilməlidir. Bu istiqamətdə böyük işlər görülür.

Bu da Qarabağ bölgəsinin bərpası üzrə işlərin yalnız bir hissəsidir. Biz hələ keçmiş məcburi köçkünlərin tədricən öz dədə-baba torpaqlarına qayıtması prosesi zamanı görülməli olan işləri demirik.

Bütün bu işlərin Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyətinə təsir edən xeyli xərc tələb etdiyi aydındır. Yenə də yuxarıda göstərilən obyektiv səbəblərə görə Azərbaycan ÜDM-in artım səviyyəsinə görə Cənubi Qafqazda geriləyir.

Razılaşın ki, bu cür əhəmiyyətli arqumentlərə qarşı mübahisə etmək asan deyil. Tam olaraq həlledici olmasa da, ehtimal ki, məhz sosial-iqtisadi amil hazırkı dövlət başçısının rəqiblərinin əlində əhəmiyyətli karta çevrilməli idi.

Prezidentliyə namizədlərin qalan hissəsi tamamilə əhalinin sosial problemlərinin həllinə yönəlmiş platformalarını təqdim edə bilərdilər. Məsələn, Qarabağ müharibəsinin əlillərinin pensiyasının həcmini artırmaq, imkansızları mənzillə təmin etmək, özəl sektora dövlət yardımını artırmaq və s. təklif edilə bilərdilər.

Ancaq prezident olmaq niyyətində olan müxalifəti daha çox qlobal problemlər maraqlandırır.

Beləliklə, prezidentliyə namizəd, Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adını Şimali Azərbaycan Respublikası ilə əvəzləmək fikrindədir.

Prezident olmaq üçün güclü bəyanatdır, amma: Niyə? Bu, baş verərsə, Şimali Azərbaycan vətəmdaşları daha yaxşı, daha firəvan yaşayacaqlar? Ya da Qüdrət Həsənquliyevlə problemi olmasın və BAXCP adı özünü doğrultsun deyə İran Azərbaycanın cənubundan imtina edəcək?

Bulqakovun ölməz əsərindəki Volandın sözlərini xatırlayıram: “Siz professorsunuz və ixtiyar sahibisiniz. Amma çox qatmaqarışıq bir şey fikirləşmisiniz! Bəlkə də, ağıllı ola bilər, amma çox başadüşülməzdir. Buna görə sizi lağa qoyacaqlar”.

Odur ki, bəlkə də, cənab Həsənquliyev çox vətənpərvər, lakin anlaşılmaz bir şey fikirləşib. Lağa qoyacaqlar. Və təkcə onu yox, həm də "Əsas qələbə deyil, iştirakdır” olimpiya prinsipini əsas götürən digər prezidentliyə namizədləri də…

Müəllif: Fed Bakinski