Oqtay Əsədovun infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılıb
Fevralın 9-da informasiya agentliklərindən biri xəbər verib ki, Milli Məclisin (MM) Sədri Oqtay Əsədov günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
AYNA-nın məlumatına görə, Milli Məclisin mətbuat xidməti yayılan xəbəri təkzib edib.
"Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur".