"/>

Ankara ən pis ssenariyə hazırlaşmalıdır - <font color=red> "Asiya açılımı" son qopma nöqtəsidir</font>

Siyasət

07.08.2019 - 14:08

Həkimlər Klinikalar SEO Xidməti

Ankaranın yeni "Asiya açılımı" son qopma nöqtəsidir 

 

"Ankara ABŞ-ın dediyini etməsə də, bu ölkə ilə ipləri tam qırmır. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan və Xarici İşlər naziri Mövlüd Çavuşoğlu son günlər düşünülmüş incə siyasət yürüdürlər. Hər ikisinin dediklərini ümumiləşdirsək, bu alınır: “ABŞ prezidenti Donald Tramp yaxşıdır, Konqres isə pis və ümid edirik ki, Ağ Evin yaxşı sahibi Türkiyə əleyhinə sanksiya qərarlarının qüvvəyə minəcəyinə şərait yaratmayacaq”".

 

AYNA xəbər verir ki, bunu "Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. 

 

Politoloqun fikrincə, Ərdoğanla Çavuşoğlu haqlıdır: "Trampın açıqlamalarından hiss olunurur ki, o, Ankaranın Rusiyadan raketlər almasına və Vaşinqtonun rəyini nəzərə almadan Suriyaya hərbi müdaxiləyə hazırlaşmasına baxmayaraq, Türkiyəyə simpatiya ilə yanaşır. Ağ Ev sahibi Rusiya və Çindən fərqli olaraq keçmiş müttəfiqinə qarşı sanksiya tətbiq etmək istəmir. Ancaq Konqresin Türkiyəyə sanksiya mövzusunda Trampa təzyiqi getdikcə artır və konqresmenlərin əsas arqumenti budur: ”Bu gün sözümüzə baxmayan Türkiyəni cəzalandırmasaq, sabah digərləri də sözümüzə baxmayacaq”".

Image result for elxan şahinoğlu

E.Şahinoğlunun sözlərinə görə, Trampın bu çətin vəziyyətdə hansı qərar verəcəyini söyləmək çətindir: "O, Türkiyənin Rusiyadan raketlər almasını unutmaq istəyir, ancaq qarşıda prezident seçkisi var və o, Konqresdəki tərəfdarlarının rəyini də qulaqardına vura bilməz. Ona görə də Ankara ən pis ssenariyə hazırlaşmalıdır".

 

"Təsadüfi deyil ki, Mövlud Çavuşoqlu Türkiyənin xarici ölkələrdəki səfirləri ilə birgə toplantıda çıxışı zamanı xarici siyasətdə yeni istiqaməti göstərdi: “Asiya açılımı”. Başqa sözlə, “Qərbdəki müttəfiqlərimizdən bir şey çıxmadı və onlar düşmənlərimizin (PKK, FETÖ) yanında yer aldılar, ona görə yeni dostlarımızla əlaqələri genişləndirək”. Ancaq Rusiyanın və Çinin timsalında bu yeni dostlara etibar etmək olarmı? Bu suallar gələcək illərdə daha da aktuallaşacaq" - deyə siyasi şərhçi vurğulayıb.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət