“Şimal axını” Almaniya ilə Polşa arasında münasibətləri pisləşdirib

Dünya

21.08.2024 - 11:11

Həkimlər Klinikalar SEO Xidməti

“Şimal axını 1” və “Şimal axını 2”nin bombalanması ilə bağlı aparılan araşdırma ölkələrin münasibətlərinin pisləşməsinə səbəb olub

“Şimal axını 1” və “Şimal axını 2”nin bombalanması ilə bağlı aparılan araşdırma Almaniya ilə Polşa arasında münasibətlərin pisləşməsinə səbəb olub. AYNA xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən yazıb.

Məqalədə bildirilir ki, Polşanın Baş naziri Donald Tusk “X” sosial şəbəkəsində “Şimal axınının himayədarlarından” üzr istəməsini və susmasını tələb edən yazı dərc edib və bununla da Berlinə işarə edib. O, Almaniya mətbuatında qaz kəmərlərinin partladılmasının arxasında Ukrayna və Polşanın dayanması ilə bağlı xəbərlərə belə cavab verib.

İki Avropa ölkəsi arasında “Şimal axın”ı ilə bağlı münaqişə bir neçə aydır davam edir. Berlindəki həmsöhbətlər nəşrə bildiriblər ki, Polşa bu yaxınlarda lazımi müşahidə kamerası görüntülərini, həmçinin mobil telefonlardan əldə edilən məlumatları təqdim etməkdən imtina edərək “istintaqı qəsdən pozmağa cəhd edib”.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski Almaniyanın “Şimal axını”nda baş verən partlayışla bağlı araşdırmanın məlumatlarını BMT Təhlükəsizlik Şurasına təqdim etməli olduğunu bildirmişdi. Eyni zamanda, Polyanski vurğulayıb ki, hələlik alman təhqiqatının yeganə nəticəsi qaz kəmərlərinin partlaması ilə bağlı tezisdir. Lakin onun sözlərinə görə, bu, müzakirə mövzusudur.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərini partlatdığı iddia edilən həvəskarlar haqqında yalan xəbərlər partlayışların real müştərilərinin məsuliyyətindən azad olmaq üçün lazımdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş