Pekində Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının yeni sədri vəzifəsinə seçki keçirilib.
AYNA xəbər verir ki, martın 10-da keçirilən plenar iclasda hazırki dövlət başçısı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin yenidən ÇXR Sədri seçilib. Bu, Si Cinpinin 3-cü müddətə Sədrlik dövrü olacaq. Si Cinpin Çin kommunist inqilabının lideri Mao Tse Dundan sonra ölkəyə 3-cü müddətə rəhbər seçilən ilk şəxsdir.
Qeyd edək ki, bütün Çin üzrə 3 minə yaxın nümayəndənin iştirak etdiyi Xalq Nümayəndələri Yığıncağının illik sessiyası martın 5-dən davam edir.