Qərbi Avropadan Azərbaycana axın

Xəbərlər

28.06.2019 - 11:40

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanı 18% və ya 246 min daha çox xarici vətəndaş ziyarət edib

 

May ayı üzrə, demək olar ki, bütün ölkələr və bölgələr üzrə ölkəmizə səyahətçi sayının artması müşahidə olunub. Bu barədə AYNA-ya Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.

 

Məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanı 18% və ya 246 min daha çox xarici vətəndaş ziyarət edib. Bu artımın ən böyük hissəsi Rusiya (11 min), Gürcüstan (10 min) və Qərbi Avropa (8.9 min) ölkələrinin payına düşür.

 

Qərbi Avropa regionu 102% göstərici ilə Azərbaycanın turizm statistikasında daim öndə olan digər ölkələri xeyli dərəcədə geridə qoyaraq 2 dəfə artıb. Bu göstərici, böyük ehtimalla mayın 29-da UEFA Avropa Liqasının final oyununu izləməyə gəlmiş futbolsevərlərin Bakıya axını ilə bağlıdır.

 

Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında 58% və ya 4 min nəfər qeydə alınaraq əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

 

Yekun olaraq, 2019-cu ilin yanvar-may aylarında Azərbaycana gələn xarici səyahətçilərin ümumi sayı 2018-ci ilin eyni dövrünə nisbətdə 4% artıb.

Müəllif: Ayna.az