Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv edilir

Xəbərlər

03.09.2024 - 17:35

cedabet dərman SEO Xidməti

Döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 3-dən 6-dək davam edəcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilir.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 3-dən 6-dək Seyfəli poliqonunda həyata keçiriləcək: "Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş