Təyyarənin göyərtəsində 104 sərnişin olub
"Buta Airways"in İstanbula uçan J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.
AYNA-ya "Buta Airways"dən verilən məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının qəfil pisləşməsi olub.
Məlumatda qeyd olunur ki, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.
Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.
Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirən təyyarənin göyərtəsində 104 sərnişin olub.