ŞƏT ölkələrinin liderləri iyulda Astanada toplaşacaqlar

Dünya

05.06.2024 - 14:59

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət başçıları sammitdə siyasət, ticarət və mədəniyyət məsələlərini müzakirə etməyi planlaşdırırlar

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçıları iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitdə siyasət, ticarət və mədəniyyət məsələlərini müzakirə etməyi planlaşdırırlar.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Mətbuat Xidməti məlumat yayıb.

“2024-cü il iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. ŞƏT-ə üzv dövlətlərin başçıları siyasi, ticarət-iqtisadi, mədəni və humanitar qarşılıqlı fəaliyyətin aktual məsələlərinin geniş spektrini nəzərdən keçirəcəklər”, məlumatda deyilir.

Bundan əlavə, forumda müşahidəçi ölkələrin liderləri və dialoq üzrə tərəfdaşların iştirakı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş