Tramp yeni silahın yaradılması haqda bəyanatlara reaksiya verib
ABŞ prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın vədlərinə riayət edəcəyinə ümid edir.
AYNA-nın "Report"a istinadən məlumatına görə, Ağ Ev rəhbəri deyib ki, Şimali Koreya başçısını sözünə əməl edən insan hesab edir.
Bundan başqa Donald Tramp həmçinin xatırladıb ki, Kim Çen In Şərq güldanı alacağına ümid edir. Lakin ABŞ rəhbəri koreyalı həmkarından nə üçün məhz bunu hədiyyə kimi gözlədiyini açıqlamayıb.
Bununla da ABŞ lideri Koreya Xalq Demokratik Respublikasının yeni silahın yaradılması haqqında bəyanatlarına reaksiya verib.
Xatırladaq ki, Donald Tramp daha əvvəl də KXDR-in ballistik raketi sınaqdan keçirməsinə maraqlı reaksiya verib. ABŞ prezidenti bildirib ki, Kim Çen In sadəcə raket sınağı həvəskarıdır.