Sərnişinin pulunu oğurlamaqda şübhəli bilinən avtobus sürücüsü saxlanılıb

Xəbərlər

21.01.2026 - 21:35

Oğrunun zərərçəkənin pul kisəsini taladığı və sonradan bank kartı ilə alış-veriş etdiyi də məlum olub

Bakının Səbail rayonunda vətəndaşın içərisində 220 manat və bank kartı olan pul kisəsi oğurlanıb. Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 34 yaşlı N.İslamov saxlanılıb.

Araşdırmalar nəticəsində onun sürücüsü olduğu avtobusa sərnişin qismində əyləşən zərərçəkənin pul kisəsini taladığı və sonradan bank kartı ilə alış-veriş etdiyi də məlum olub.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş