Prezident 2 universitetə rektor təyin edib

Xəbərlər

31.07.2019 - 18:54

Dövlət başçısı Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universiteti barədə qərar verib

 

Prezident İlham Əliyev Azərbaycan Texniki Universitetinə rektor təyin edilməsi barədə sərəncam verib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Vilayət Məmməd oğlu Vəliyev təyin olunub.

 

Dövlət başçısı Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında da sərəncam imzalayıb. Bu vəzifəyə Şahin Vaqif oğlu Bayramov təyin edilib.

Müəllif: Ayna.az