Cinayət işi çərçivəsində 10 şübhəli şəxs saxlanılıb
Rusiya Federasiyasının İstintaq Komitəsi Rusiya - Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar iki maddə üzrə cinayət işi başlayıb. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, Rusiyanın Cinayət Məcəlləsinin 318.2 (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığını təhdid edən zorakılığın tətbiq olunması) və 167.1 (qəsdən özgə əmlakının məhv edilməsi) maddələri üzrə cinayət işi açılıb. Cinayət işi çərçivəsində 10 şübhəli şəxs saxlanılıb.