Naxçıvanda KİVDF yaradılıb

Xəbərlər

20.09.2019 - 05:43

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb

 

Ali Məclisin Sədri Vasif Talıbovun müvafiq fərmanı ilə Fondun müşahidə şurasının üzvləri təsdiq olunub. AYNA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının üzvləri aşağıdakı şəxslərdir: 

 

Hüseynli Ülvi Mötəbər oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 

Sultanova Mehriban Paşa qızı - “Şərq qapısı” qəzetinin baş redaktoru

 

Əliyev Rauf Feyzulla oğlu - “Şərq qapısı” qəzeti baş redaktorunun müavini

 

Canbaxşıyev Səməd Canbağış oğlu - Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İnformasiya təminatı və saytlarla iş redaksiyasının baş redaktoru

 

Qənbərov Qafar Tahar oğlu - “Nuh yurdu” qəzetinin redaktoru.

 

Müəllif: Ayna.az