Senat Bayden adminstrasiyasına qarşı: bloklanan yardım qanunu və çıxış yolu

Dünya

08.02.2024 - 17:50

Vaşinqton başqa silah maliyyələşdirmə sxemləri axtarır: bir neçə variant var, amma...

ABŞ Senatında Ukraynaya yardım bloklandı. “The New York Times” yazır ki, hərbi yardımın həyata keçirilməsi mümkün olsa belə, respublikaçılar və ABŞ-ın keçmiş Prezidenti Donald Trampın dərin müqavimətini nəzərə alsaq, maliyyə yardımının gələcəyinə şübhə etmək üçün çoxlu səbəblər var. Qeyd olunur ki, Prezident Co Baydenin köməkçiləri hələlik ikitərəfli yardım paketini keçməkdən başqa başqa variant axtarmadıqlarını təkid edirlər. Lakin pərdə arxasında Vaşinqtonda və Avropada Rusiya mərkəzi bankının 300 milyard dollardan çox aktivlərinin ələ keçirilməsi də daxil olmaqla, başqa variantlar müzakirə olunur. Lakin bu məsələ gözləniləndən də çətindir.

“ABŞ rəsmiləri etiraf edirlər ki, üfüqdə daha güclü hava hücumundan müdafiə vasitələri, daha çox tank və raketlər və böyük sursat axını ala biləcək yeni 60 milyard dollarlıq maliyyə ayrılmasına uyğun ola biləcək heç bir şey yoxdur", - deyə mənbə qeyd edib.

Baydenin köməkçilərinin Konqres iflic vəziyyətdə qalarkən, silahların pulunun necə ödəniləcəyini araşdırdıqları deyilir. Rusiya aktivlərinin ələ keçirilməsi planının mürəkkəbliyi var. Ehtiyatların hava hücumundan müdafiə və artilleriya xərclərini ödəmək üçün istifadə oluna biləcəyi bəlli deyil.

Jurnalistlər bildirirlər ki, ABŞ-ı öz artilleriya mərmiləri ilə təmin edən Yaponiya və Cənubi Koreya kimi ölkələrlə kompleks silah mübadiləsi imkanları da müzakirə olunur. Hər iki ölkə birbaşa döyüş bölgələrinə silah ixrac edə bilməyəcəklərini bildirib. Həmçinin ola bilər ki, Avropa ölkələri Amerika silahları və onların Ukraynaya çatdırılması üçün pul ödəsin.

Eyni zamanda, Avropa açıq şəkildə təkbaşına daha çox sursat təmin edə bilməz. 30 il ərzində Avropa istehsal gücünün əhəmiyyətli hissəsini sıradan çıxarıb. Nəşr yazır ki, Avropa da dronların istehsalına ciddi töhfə vermir.

Qeyd edək ki, fevralın 7-də ABŞ Senatında Ukrayna, İsrail, Tayvana və Amerikanın sərhəd təhlükəsizliyinə yardım haqqında qanuna səsvermə uğursuz olub. Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanın sözlərinə görə, ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım haqqında “təmiz” qanun layihəsinə yenidən baxacaq, lakin miqrasiya islahatları aparılmayacaq.

“ABŞ Prezidenti Co Bayden administrasiyası qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün birtərəfli tədbirlər görəcək. Çünki Konqres cənub sərhədi qanun layihəsini və Ukraynaya yardımı bloklayır”. Bu fikirlər isə “NBC News”da əksini tapıb və materialda bildirilib ki, qanun layihəsi uğursuzluğa düçar olduqdan sonra Bayden ehtiyat plan tapıb.

İki amerikalı məmurun sözlərinə görə, bu cür tədbirlər bir neçə aydır Ağ Evdə müzakirə edilir, lakin Bayden administrasiyası bu layihənin Konqresin təsdiqinə ümid edirdi. Respublikaçılar Partiyası tərəfindən bloklanan təklif olunan tədbirlərlə cənub sərhədindəki böhranı həll etmək üçün birtərəfli vasitələrin inkişafı davam edir.

“Bu gün Konqresdəki respublikaçılar partiya siyasətini milli təhlükəsizlikdən üstün tutmağa qərar verdilər və sərhəd rəsmilərinin istədiklərinin əleyhinə səs verdilər. Heç bir tənzimləyici tədbir ikitərəfli milli təhlükəsizlik razılaşması ilə eyni effekti verməyəcək", - deyə Ağ Ev sözçüsü bildirib. Hər iki rəsmi qeyd edib ki, kompromis olmadıqda bayden “B” planını işə salacaq.

Müəllif: Turan Abdulla