“Semaşko” xəstəxanası COVID-19 səbəbindən <font color=red> BAĞLANIB</font>

Xəbərlər

17.06.2020 - 15:12

cedabet dərman SEO Xidməti

Xəstəxanda yalnız koronaviruslu xəstələri qəbul ediləcək

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Bakıda “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı məlumat yayıb. Qurumdan AYNA-ya bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəz (KTM) koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək:

 

“KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib. Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda, Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş