Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

Cəmiyyət

15.07.2021 - 16:39

Həkimlər Klinikalar SEO Xidməti

Baş infeksionist sosial məsafə saxlanılmağı, maska taxılmağı tövsiyə edib

 

“İnsanlar pandemiyanın bitməsini düşünməsin. Yoluxma halı bu gün elə də yüksək deyil. Bunu da uzunmüddətli qabaqlıyıcı tədbirlər nəticəsində əldə etmişik”.

 

AYNA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

T.Eyvazov bildirib ki, Qurban bayramı zamanı kütləvi təmas halının olması qaçılmazdır:

 

“Belə olan halda sosial məsafə saxlanılmalı, maska taxılmalıdır. Bu gün mövcud olan peyvəndlərin hamısı yeni ştamlara qarşı effektivdir. Yay aylarında bayram günlərində vətəndaşları diqqətli və məsuliyyətli olmağa çağırıram”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş